Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər

Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər

Sabah 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək. Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycan komandası iki idmançı ilə mübarizə aparacaq. Ölkəmizi qitə çempionatında Zemfira Mikayılova və Ləman Abdulhəmidova təmsil edəcək. Onlar milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə yarışda iştirak edəcəklər.

Seçmə komandamız ilk dəfə bu çempionata qatılır. Zemfira Mikayılova və Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən yarışda iştirak hüququna yiyələniblər. Skopye sınaqlarına yanvarın 28-də yekun vurulacaq.