Fiqurlu konkisürənimiz dünya çempionatına vəsiqə qazanıb

Fiqurlu konkisürənimiz dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanı fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Səbinə Əliyeva 2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatına vəsiqə qazanıb. Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

İdmançımız bu uğura bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında nail olub. Səbinə Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və 2-ci yerə sahib çıxıb.