Məşhur cüdo məşqçisi ADBTİA-nın qonağı olub

Məşhur cüdo məşqçisi ADBTİA-nın qonağı olub

Yanvarın 26-da Beynəlxalq Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının Elmi Komitəsinin üzvü, Birlik Cüdo Assosiasiyasının Təhsil Direktoru və Avropa Cüdo İttifaqının keçmiş Elmi və Didaktik Eksperti, professor Mayk Kallan və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qonağı olublar.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüş zamanı akademiyanın rəhbər heyəti tərəfindən tərəfdaşlıq çərçivəsində görülən işlər haqqında  ətraflı məlumat verilib. Daha sonra akademiyanın mövcud imkanları çərçivəsində mümkün tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Mayk Kallan cüdo idman növü üzrə dünyanın ən güclü məşqçilərindən biridir. O, 20-dən çox ölkədə milli səviyyəli idmançılarla işləyən 200-ə yaxın məşqçinin peşəkar inkişafına dəstək olub.