Rusiya millisindən qızıl medalları aldılar

Rusiya millisindən qızıl medalları aldılar

Fiqurlu konkisürmə üzrə Rusiya komandası Pekin-2022 Qış Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum olunub. Bu barədə məlumatı Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti yayıb. 

Belə ki, rusiyalı fiqurlu konkisürənlər 2022-ci il olimpiadasında komanda yarışlarında birinci yeri tutsalar da, heyətdə yer alan Kamilə Vəliyevadan 2021-ci ilin dekabrında götürülmüş dopinq testi müsbət nəticə verib. Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) Kamilə Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yarışlardan kənarlaşdırıb. Qaydaya əsasən idmançının diskvalifikasiya müddəti 2021-ci ilin dekabrında başlayır. Bundan əlavə onun bu dövrə qədər əldə etdiyi nəticələr ləğv edilib.

Yekun nəticəyə əsasən qızıl medallar fiqurlu konkisürmə üzrə ABŞ komandasına təqdim olunacaq. Yarışların gümüş medallarına isə Yaponiya komandası layiq görüləcək. Rusiya millisi bürünc medallarla kifayətlənib.