“Qarabağ” və “Bakı”dan inamlı qələbə 

“Qarabağ” və “Bakı”dan inamlı qələbə 

Kişi həndbolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatlarında IX tura start verilib.

İlk oyun günündə iki oyun keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan matçlarda “Qarabağ” “İdman Akademiyası”nı (36:16), “Bakı” isə “Təhsil”i (40:23) məğlub edib. Bu nəticələrdən sonra həm “Qarabağ”, həm də “Bakı” xal ehtiyatını 10-a çatdırıb.

Tura fevralın 4-də keçiriləcək “Kür” – “Dinamo” oyunu ilə yekun vurulacaq.