Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışda iştirak etmək üçün Qazaxıstana yollanıblar. Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Qazaxıstana yollanan millinin heyətində 6 idmançı yer alıb. Bunlar Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılıdır. Onlar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatıda Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcəklər.

Qeyd edək ki, toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.