Stolüstü tennisçilərimiz prezident seçkilərində iştirak ediblər 

Stolüstü tennisçilərimiz prezident seçkilərində iştirak ediblər 

Fevralın 7-si növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. İdman ictimaiyyətinin nümayəndələri hətta ölkədən kənarda da seçkilərdə fəal iştirak edirlər. Buna stolüstü tennisçilərimizi misal çəkmək olar. Milli komandanın Qazaxıstanda təlim-məşq toplanışında olan üzvləri də vətəndaşlıq borcunu yerinə yetiriblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Stolüstü tennisçilərimiz prezident seçkilərində iştirak ediblər  Stolüstü tennisçilərimiz prezident seçkilərində iştirak ediblər