«Heç vaxt Madrid «Real»ına keçməyəcək»

«Heç vaxt Madrid «Real»ına keçməyəcək»

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe hazırki klubu ilə müqaviləsini artıracaq. Bundan başqa o, heç vaxt Madrid «Real»ına keçməyəcək. Bu sözləri jurnalist Fransua Qalardo X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, Mbappenin PSJ-ni tərk edib, digər klublarla razılıq əldə etməsi üçün bir neçə şərt qoyub. Belə ki, o, ildə 50 milyon avro maaş almaq, ikincisi, 120 milyon avro imza bonusu tələbi ilə çıxış edir. Nüfuzlu “Transfermarkt” internet portalı Mbappenin bazar dəyərini 180 milyon avro qiymətləndirir.