41-ci final rekord sayılacaq

41-ci final rekord sayılacaq

Gecə saatlarında Madrid «Atletiko»su ilə və Bilbao "Atletik»i Kral Kubokunun 1/2 final mərhələsinin ilk oyununda üz üzə gəliblər. Madriddəki "Civitas Metropolitano" stadionunda keçirilən görüşdə basklar ilk hissədə Alejandro Berenquerin penaltidən vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıblar - 1:0.

Əgər cavab qarşılaşmasında "Atletik" mərhələni keçsə, tarixində 41-ci dəfə Kral Kubokunun finalına çıxacaq. Bu göstəricidə lider isə hələ ki, "Barselona"dır. Kataloniya təmsilçiləri  turnirin həlledici matçında 42 oyunda üstünlük əldə ediblər ki, həmin mübarizədə 31 dəfə kuboka yiyələniblər. Siyahıda ikinci yeri Madrid «Real»ı tutur. 40 (20 kubok).