Afrika Millətlər Kubokunda finalçılar məlumdur

Afrika Millətlər Kubokunda finalçılar məlumdur

2024-cü il Afrika Millətlər Kubokunda finalına çıxan yığma komandalar müəyyənləşib. Çempionluq titulu uğrunda görüşdə Nigeriya və Kot-d İvuar milliləri qarşılaşacaq. Finala gedən yolda nigeriyalılar Cənubi Afrika Respublikası millisinə penaltilər seriyasında qalib gəliblər (1:1, pen. 4:2). Ev sahibləri - Kot-d İvuar Konqo Demokratik Respublikasının milli komandası ilə görüşdə  minimal hesablı qələbəyə seviniblər. Final görüşü fevralın 11-də keçiriləcək.