Klopp "Barselona"dan gələn təklifə "yox" deyib

Klopp "Barselona"dan gələn təklifə "yox" deyib

"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Barselona"dan gələn təklifdən imtina edib. «Catalunya Radio»nun verdiyi xəbərə görə Klopp "Liverpul"dan ayrıldıqdan sonra dincəlmək istəyir. Bu səbəbdən də Kataloniya klubundan gələn təklifi müsbət qarşılamayıb. Qeyd edilir ki, bunun üçün şəxsən "Barselona"nın prezidenti Joan Laportanın almaniyalı məşqçiyə zəng edib. Xatırladaq ki, Xavi və Klopp 2023/2024 mövsümü başa çatdıqdan sonra müvafiq olaraq “Barselona” və “Liverpul”u tərk edəcəklərini açıqlayıblar. Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. O, bundan əvvəl "Borussiya" və "Maynts"ın baş məşqçisi olub.