Azərbaycan yığmasını Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Azərbaycan yığmasını Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib. Mərasimdə A, B, C və D Liqalarındakı qrupların tərkibi müəyyənləşib. Püşkatmanın nəticəsinə əsasən Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası
2024/2025 mövsümü
A Liqası

1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya

2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail

3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina

4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası

1-ci qrup:Çexiya, Ukrayna, Albaniya, Gürcüstan

2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan

3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan

4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya

2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva-Cəbəllütariq cütünün qalibi

3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus

4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası

1-ci qrup: Litva - Cəbəllütariq cütünün məğlubu, San Marino, Lixtenşteyn

2-ci qrup: Moldova, Malta, Andorra

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.