Ölkə kubokunda növbəti yarımfinalşı müəyyənləşdi

Ölkə kubokunda növbəti yarımfinalşı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 39-cu dəqiqədə Osama Xalayla və 42-ci dəqiqədə Urfan Abbasov vurublar.

İlk görüşdə 1:1 hesablı heç-heçə edən Elmar Baxşıyevin komandası yarımfinala vəsiqə qazanıb. “Qırmızı-qaralar”ın bu mərhələdəki rəqibi “Zirə” olacaq.

1/4 final mərhələsinin son oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında olacaq. “Neftçi Arena”dakı görüş saat 19:00-da başlayacaq. İlk matçda “ağ-qaralar” rəqibini 3:2 hesabı ilə məğlub edib. Bu cütün qalibi yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.