“Xahiş edirəm, mənə başqa futbolçudan sual verməyin”

“Xahiş edirəm, mənə başqa futbolçudan sual verməyin”

Madrid "Real”ının Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin klubun heyətinə cəlb olunması barədə xəbərlərə aydınlıq gətirib. “Siz məndən başqa komandada oynayan oyunçu haqqında soruşursunuz. Bizim futbolçulardan danışaq. Heyətimizdə dünyanın ən yaxşı futbolçuları var. Sıra ilə sayım: Vinisius Junior - birinci, Bellingem - ikinci, Rodriqo - üçüncü. Sonra Kroos, Valverde, Camavinqa...Kifayətdir? “Xahiş edirəm, mənə başqa futbolçudan sual verməyin”, - deyə klubun mətbuat xidməti Ançelottidən sitat gətirib.