5 aydan sonra istefa

5 aydan sonra istefa

İtaliyanın“Salernitana” futbol klubu komandanın baş məşqçisi Filippo İnzaqini 5 aydan sonra istefaya göndərilib.İnzaqi 2023-cü ilin oktyabrında İtaliya klubunda işləyirdi. Onun rəhbərliyi altında“Salernitana” 24 turdan sonraİtaliya A seriyasında 13 xalla sonuncu, 20-ci yerdədir. Klub ardıcıl altı oyunda qalib gələ bilmir.

Məlumat üçün bildirək ki, 50 yaşlı İnzaqi futbolçu kimi üç dəfəİtaliya çempionu olub. İki dəfə Çempionlar Liqasının qalibi tituluna yiyələnib. O, həmçinin 2006-cı ildə Dünya çempionu, 2000-ci ildə Avropa Çempionatında gümüş mükafatçı olub. Məşqçi kimi “Milan”, “Veneziya”, “Bolonya”, “Benevento”, “Breşia və “Recina”da çalışıb.