Ehtimal ki, daha bir il futbolda qalacaq

Ehtimal ki, daha bir il futbolda qalacaq

Madrid "Real"ın yarımmüdafiəçisi Toni Kroos klubun gələcək karyerası haqqında danışıb. “Mən hələ bu barədə düşünməmişəm. Sevinirəm ki, insanlar daha bir il oynamağımı istəyirlər. Bu, məni həvəsləndirir”, - deyə Sport.es Kroosun sözlərindən sitat gətirir.

Xatırladaq ki, 34 yaşlı almaniyalı futbolçunun hazırkı bu mövsümün sonuna qədər qüvvədədir.

Kroos 2014-cü ildən "Real»"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 448 matçda iştirak edib, 28 qol vurub, 96 məhsuldar ötürmə edib.