UEFA yeni mövsümün büdcəsini təsdiqləyib

UEFA yeni mövsümün büdcəsini təsdiqləyib

Avropa Futbol Afssosiasiyaları İttifaqı (UEFA) qurumun 2024/25 mövsümü üçün büdcəsini təsdiqləyib. Mundo Deportivo qəzetinin verdiyi xəbərə görə təşkilatın büdcəsi 5,096 milyard avro təşkil edəcək.Onun böyük hissəsi televiziya hüquqlarından əldə olunan gəlirlərdən - 4,239 milyard avrodan ibarət olacaq. Təşkilat hətta kommersiya hüquqlarının satışından 685 milyon avrodan artıq gəlir əldə etmək niyyətindədir. Bundan başqa büdcənin vəsaiti bilet satışı və digər gəlirlər hesabına doldurulacaq. Zərər proqnozu 19 milyon avro dəyərində qiymətləndirilir. Məlumüt üçün bildirək ki, Təşkilatın ümumi büdcəsi 2023/24 mövsümü ilə müqayisədə 19,2% artıb. Həmin mövsümdə büdcə 4,274 milyard avro təşkil etmişdi.