Ulduz tennisçi Moskvaya gəlməyəcək 

Ulduz tennisçi Moskvaya gəlməyəcək 

Serbiyalı Novak Cokoviç Rusiya və Serbiya yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünə gələ bilməyəcək. Dünya reytinqində birinci olan ulduz tennisçi yarış təqviminin sıx çox olduğundan oyunda iştirak edə bilməyəcək. Bu barədə beynəlxalq tennis qrumundan məlumat verilib. 

Məlumat üçün bildirək ki, martın 21-də Moskvanın “Dinamo” stadionunda Rusiya və Serbiya milli komandaları yoldaşlıq matçının keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Cokoviç Serbiyanın “Srvena Zvezda” və Portuqaliyanın “Benfika” klublarının azarkeşidir.