Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək 

Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. Gecənin maraqla gözlənilən oyunlarından biri İtaliyada təşkil olunacaq. Romadakı “Stadio Olimpico”da təşkil olunacaq oyunda "Latsio" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da təşkil olunacaq.

Gecənin digər oyununda isə PSJ komandası Fransada İspaniya təmsilçisi "Real Sosyedad"la qarşılaşacaq. "Park de Prens"də təşkil olunacaq oyun saat 00:00-da başlayacaq.

Bu komandalar arasında cavab matçları martın 5-6-da təşkil olunacaq.