"Red Bull" pilotlarının yeni geyimləri nümayiş olunub

"Red Bull" pilotlarının yeni geyimləri nümayiş olunub

Avstriyanın "Red Bull" komandası 2024-cü il mövsümü üçün sürücülər nəzərdə tutulmuş kombinezonu nümayiş etdirib. Geyimlər komandanın rəsmi saytında yer alıb. 

Xatırladaq ki, ötən mövsüm «Red Bull» vaxtından əvvəl Mühəndislər çempionatının qalibi olub. Komandanın lideri hollandiyalı Maks Verstappen 22 yarışdan 19-da qalib gələrək, vaxtından əvvəl çempionluq qazanıb. O, həmçinin ardıcıl qələbələrin sayına (10) görə Formula 1 rekordunu yeniləyərək, dördqat dünya çempionu alman Sebastyan Fettelin nəticəsini geridə qoyub.

Meksikalı Serxio Peres isə karyerasında ən yaxşı nəticə göstərərək, fərdi yarışda ikinci olub. Məulmat üçün bildirək ki, Serxio Peres bir neçə gün əvvəl yeni dəbilqəsini nümayiş etdirmişdi.

"Red Bull" pilotlarının yeni geyimləri nümayiş olunub "Red Bull" pilotlarının yeni geyimləri nümayiş olunub