Sumoçularımız Açıq Avropa kubokunda 3 medal qazandılar

Sumoçularımız Açıq Avropa kubokunda 3 medal qazandılar

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda 3 medal qazanıblar.

Azərbaycan Sumo Federasiyasından verilən məlumata görə, onlardan 1-i qızıl, 2-si gümüş medala yiyələnib.

Təmsilçilərimizdən Xəyyam Abdullayev (77 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəsul Məmmədzadə (77 kq) və Sadiq Ağamaliyev (115 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 3-cü yeri tutub.