Alpinistlərimiz Kilimancaro zirvəsini fəth ediblər

Alpinistlərimiz Kilimancaro zirvəsini fəth ediblər

Azərbaycan alpinistləri Kilimancaro zirvəsini fəth ediblər. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, 7 nəfərdən ibarət heyət Afrika qitəsinin ən yüksək zirvəsinə qalxıb.

Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Turkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan ve AAF bayraqlarını dalğalandırıblar.