Fəxri kürsünün yeni siması

Fəxri kürsünün yeni siması

Ayan Allahverdiyeva karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu adını qazanıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə o, 7 turdan sonra 5,5 xal toplayaraq hamını qabaqlayıb. Çempiondan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva və Səbinə Rzalı çempionatı  müvafiq olaraq, 4-5-ci pillələrdə başa vurublar.

Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Həmin məbləğ ilk “beşlik”də yer alanlar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Qeyd edək ki, çempionatda ilk iki yeri tutan şahmatçılar - Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.