Olimpiya Oyunlarından maraqlı anlar
BOK
19.02.2024, 16:32
Olimpiya Oyunları dünyanın ən məşhur və genişmiqyaslı idman tədbiridir. Tarixdə ilk dəfə qədim Yunanıstanda keçirilməsindən müasir vaxta kimi olimpiada bir çox dəyişikliklərə məruz qaldı. Lakin bunlara baxmayaraq, Oyunların əsas məqsədi müxtəlif idman növləri üzrə ən güclü və layiqli idmançıları müəyyənləşdirməkdir. Təbii ki, zaman keçdikcə, Olimpiya Oyunlarının proqramı yenilənir və daha da genişlənir. Əsrlərdir davam edən Olimpiya Oyunları tarixində maraqlı və təəccüblü hadisələr də kifayət qədərdir. Hər zaman Olimpiya Oyunlarını diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti olaraq bu dəfə də dördilliyin zirvə yarışlarında baş verən qeyri-adi və maraqlı hadisələri oxuculara təqdim edirik. Mükafatın dəyəri Hazırda ölkəsini təmsil edən və Olimpiya çempionu adını qazanan idmançı Olimpiya medalı ilə yanaşı, ölkəsi tərəfindən böyük mükafatlara layiq görülür. Lakin 1896-cı ildə Afinada keçirilən ilk müasir Olimpiya Oyunlarının qalibi gümüş medal və zeytun budağı ilə təltif edilirdi. İkinci yerin sahibi bürünc medal, üçüncü yerin sahibinə isə heç bir mükafat təqdim edilmirdi. Fransada isə 1900-cü ildə Olimpiya Oyunlarının qaliblərinə medal əvəzinə rəsm əsərləri təqdim edilirdi. Hər bir dövlət özünəməxsus qalibləri mükafatlandırırdı. Standart medallar isə Olimpiada qaliblərinə yalnız 1904-cü ildə təqdim olunmağa başladı. Hər iki fəslin qalibi
1920-ci ildə Antverpendə təşkil olunan Yay Olimpiya Oyunlarında amerikalı idmançı Eddi İqan ağır çəkili boksçuların mübarizəsində Oyunların qızıl medalını qazanıb. Boksçu karyerasını bitirdikdən sonra isə E.İqan bobsley idman növü ilə maraqlanmağa başlayıb. Bu növ onda o qədər uğurlu alınıb ki, idmançı 1932-ci ildə bu idman növündə Olimpiya çempionu adına sahib olub. Bununla da, Eddi İqan həm yay, həm də qış Olimpiya Oyunlarında qalib olan ilk idmançı kimi adını tarixə yazdırıb. Qızıl olmayan qızıl medal Hər bir peşəkar idmançının ən böyük arzusu Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. Lakin maraqlıdır ki, adı qızıl olan və birinci yerin sahibinə təqdim olunan medal yüz ilə yaxındır ki, qızıl deyil, yalnız qızıl rəngdədir. Əvvəllər xalis qızıldan hazırlansa da,1912-ci ildən başlayaraq “qızıl” medal gümüşdən hazırlanır. Qızıl medal kimi Olimpiya Oyunlarının qalibinə təqdim etmək üçün isə nazik qızıl təbəqəsi ilə örtülür. Qeyd edək ki, medalın çəkisinin yalnız 1 faizini qızıl təşkil edir. Halqaların yanlışlığı Olimpiya Oyunları tarixində ən maraqlı məqamlardan biri 1972-ci ildə Yaponiyada keçirilən XI Qış Olimpiya Oyunlarının açılış mərasiminin məşq prosesi zamanı baş verib. Belə ki, izləyicilərdən biri Olimpiya bayrağındakı halqaların yanlış sıralamada yerləşdiyini qeyd edib. Araşdırmalardan sonra məlum olub ki, yanlış sıralamada yerləşən halqalar əks olunan Olimpiya bayrağı 20 ildir bütün Qış Olimpiya Oyunlarında dalğalanıb və heç kim buna fikir verməyib.
Sülhü simvolizə edən yanan göyərçinlər 1988-ci ildə Seulda təşkil edilən Olimpiya Oyunları olimpiada tarixində ən kədərli və qəddar hadisələrdən biri kimi yaddaşlarda qalıb. Belə ki, açılış mərasimində səmaya buraxılan göyərçinlər Oyunlarda sülh və birliyi simvolizə edirdi. Lakin təəssüflər olsun ki, bu olimpiadada göyərçinlərin yanan alov qabına düşmələri onların həlak olmasına səbəb oldu. O vaxtdan Olimpiya Oyunlarının təşkilatçıları Oyunlara canlı quşları cəlb etmirlər. Tarixin uzun məşəl estafeti 2014-cü ildə Soçidə təşkil olunan Olimpiya Oyunlarının məşəl estafeti ən uzun estafet olaraq tarixə düşüb. Belə ki, 2013-cü il oktyabrın 7-də Moskvada başlayan estafet 2014-cü ildə fevralın 7-də sona çatıb. Olimpiya alovu 60 min km-dən çox məsafəni qət edən məşəlin 14 mindən çox daşıyıcısı olub. 72 il davam edən Olimpiya Oyunları Olimpiya Oyunlarının ən baxımlı və ecazkar anlarından biri də onun açılış və bağlanış mərasimidir. Təxminən 16-18 gün davam edən olimpiada tarixdə bir ilk ilə yadda qalıb. Belə ki, 1952-ci ildə Helsinkidə açıq elan edilən XV Olimpiya Oyunları rəsmi olaraq bu günə qədər davam edir. Belə ki, BOK-un prezidenti Ziqfrid Edstrem bağlanış mərasimində “XV Olimpiya Oyunlarını bağlı elan edirəm” ifadəsini deməyi unutduğu üçün rəsmi olaraq bu oyunlar hələ də davam edir. Hazırladı: Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK