Dünya rekordu yeniləndi

Dünya rekordu yeniləndi

Niderlandlı idmançı Femke Bol qapalı məkanda 400 metr məsafəyə qaçışda dünya rekordu vurub. Ölkədə baş tutan qış çempionatında idmançı bu məsafəni 49,26 saniyəyə qət edib. Bununla da o, keçmiş çexoslovakiyalı Yarmila Kratoxvilovanın 1981-ci ildə müəyyən edilmiş rekordunu (49,59) yeniləyib.

“Burada 50 saniyəyə qaçmağı ümid edirdim, amma 49,26 çox əla nəticədir, həqiqətən bunu təsəvvür etməyə sözüm yoxdur, - deyə Bol sevincini bölüşüb.