Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Qadın şahmatçılar arasında keçirilən ölkə çempionatında yer tutan idmançılar mükafatlandırılıb.

 Azərbaycan Şahmat Federasiyasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan zəka sahibləri öz mükafatlarını alıblar.

Yer tutan şahmatçılara medalları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, builki çempionatın qalibi 7 turda 5,5 xal toplayan Ayan Allahverdiyeva olub. Rəqibindən yarım xal geri qalan Nərmin Abdinova 2-ci, eyni xala malik Səbinə İbrahimova 3-cü, hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı müvafiq olaraq 4-5-ci yerləri bölüşüblər.