Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edirlər 

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edirlər 

Stolüstü tennisçilərimiz Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində iştirak edirlər. 
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarıqlarını göstərəcəklər.
Beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.