Triatlon yarışının qalibləri mükafatlandırılıblar

Triatlon yarışının qalibləri mükafatlandırılıblar

Azərbaycan Triatlon Federasiyası (ATF) və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə Su İdman Sarayında “İronwind Qış Aquatlon” yarışı keçirilib.

Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk olaraq aşağı yaş qrupları güclərini sınayıblar. Turnirdə həmçinin 18 yaşdan yuxarı iştirakçılar 1 500 m üzüb, 10 km qaçıblar.

Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak edib.

Qaliblər medal və sertifikatlarla təltif olunublar. Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov təqdim ediblər.