Ronaldonun hərəkəti cəzasız qalmayacaq

Ronaldonun hərəkəti cəzasız qalmayacaq

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu “Əl-Şəbab” üzərində 3:2 hesablı qələbədən sonra nalayiq jest etdiyinə görə diskvalifikasiya edə bilər. Bu bərədə «Əl Riyadhiya» saytı xəbər verir. Qeyd edilir ki, portuqaliyalı futbolçuya iki oyunluq cəza nəzərdə tutulub.