Avropa Liqası: “Qarabağ” - “Bayer” oyunu fransalı hakimə həvalə olundu

Avropa Liqası: “Qarabağ” - “Bayer” oyunu fransalı hakimə həvalə olundu

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Bayer” (Almaniya) oyununun hakim təyinatı açıqlanıb. Martın 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq oyunu fransalı hakimlər briqadası idarə edəcək. Matçda ədaləti Benua Bastyen qoruyacaq. Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaq, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru isə bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, oyunun start fiti saat 21:45-də veriləcək. Bu komandalar arasında cavab oyunu isə martın 14-də Almaniyada keçiriləcək.