AVRO-2025: Millimizin rəqibləri müəyyənləşdi 

AVRO-2025: Millimizin rəqibləri müəyyənləşdi 

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində qadın futbolçulardan ibarət Azərbaycan millisinin də Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. 

Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə komandalarına rəqib olub.

Qeyd edək ki, yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək. AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.