Mbappeni PSJ-də kim əvəz edə bilər? 

Mbappeni PSJ-də kim əvəz edə bilər? 

PSJ "Barselona"nın cinah hücumçusu Lamin Yamal üçün 200 milyon avro təklif etməyə hazırdır. “Marca” xəbər verir ki, Fransa təmsilçisi 16 yaşlı futbolçunu bu yay PSJ-dən ayrılaraq, Madrid “Real”ına keçmək ehtimalı yüksək olan hücumçu Kilian Mbappenin əvəzedicisi hesab edir. Yamalın futbol agenti Xorxe Mendeş bu həftə "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb, bu transferin mümkünlüyünü müzakirə edib. Lakin Laporta bu müzakirədə təklifə mənfi reaksiya bildirib.

Xatırladaq ki, Yamal bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib və bu oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun dəyəri 60 milyon avrodur