“Bu cür komandanı belə görmək məni incidir”

“Bu cür komandanı belə görmək məni incidir”

"Barselona"nın keçmiş yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda çıxış edən İvan Rakitiç Kataloniya klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb. “Barsa altı il mənim doğma evim olub. Onları çox izləyirəm. Görürəm onlar çox əziyyət çəkirlər.  Bu cür komandanı belə görmək məni incidir. Xavi futbolu hər birimizdən daha yaxşı başa düşən biridir. Klub da ağır iqtisadi vəziyyətlə üzləşib. Ümid edirəm ki, Barsa yenidən əvvəlki qüdrətini qaytara biləcək”, - deyə Rakitiç bildirib.