Salah günün əksər saatını öz hobbisinə həsr edir

Salah günün əksər saatını öz hobbisinə həsr edir

"Liverpul"un hücumçusu Məhəmməd Salah futbolda inkişafına kömək edən hobbisindən danışıb. Misirli oyunçu şahmata aludə olduğunu etiraf edib.  Bildirib ki, hər gün yeddi-səkkiz oyun oynayır. “Mersisaydlılar”ın mətbuat xidməti xəbər verir ki, hücumçunun fikrincə, bu oyun insanı strateji düşünməyə vadar edir ki, bu da futbolda kömək edə bilər. Xatırladaq ki, martın 10-da Yurgen Kloppun komandası İngiltərə çempionatının 28-ci turu çərçivəsində doğma meydanda “Mançester Siti” ilə üz-üzə gələcək. Oyunu Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.