Abramoviç La Liqa klubuna sahib olmaq istəyir

Abramoviç La Liqa klubuna sahib olmaq istəyir

Rusiyalı milyarder Roman Abramoviç İspaniyada futbol klubu ala bilər. “Diario AS” jurnalistlərinin verdiyi məlumata görə, o "Valensiya"nı almaq barədə düşünür. “Yarasalar”ın azarkeşləri ümid edirlər ki, bununla da klubun vəziyyəti xeyli yaxşılaşacaq.

Xatırladaq ki, Abramoviç uzun müddət Londonun“Çelsi” klubununsahibi olub. O, 2022-ci ildə klubu amerikalı Todd Behliyə satıb. “Valensiya” hazırda 37 xalla La Liqanın turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.