Ruminiyalı ulduz keçirdiyi sarsıntıdan danışıb

Ruminiyalı ulduz keçirdiyi sarsıntıdan danışıb

Dünyanın keçmiş bir nömrəli tennisçisi Simona Halep qanının Rumıniya laboratoriyasında temperatur pozuntuları ilə saxlanmasından heyrətlənib. O, bu barədə Rumıniya televiziyasına müsahibəsində danışıb. “Qan hekayəsi ortaya çıxanda heyrətləndim. Bunun necə baş verdiyini hələ də anlamıram. Nəticələr haradan gəlmişdi, başa düşmədim. Sadəcə, bu barədə vəkillərlə danışırdım. Bildirim ki, laboratoriyadan on dəqiqəlik məsafədə yaşayıram. Buxarestdə götürülmüş nümunənin saxlanma qaydaları nəzərə alınmadan sınaqdan keçirildiyini bilmək dəhşət idi. Düşünürəm ki, qan lazımi temperaturda saxlanmayıb. Sevindim ki, heç bir dopinq izi aşkar edilmədi. Təbii ki, Lozanna məhkəməsi də buna təəccüblənmişdi”, - deyə Rumıniyanın “Antena 3” telekanalı idmançının sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, Simona Halep diskvalifikasiyadan sonra ilk yarışının Mayamidə (ABŞ) WTA-1000 turniri olacağı barədə məlumatı təsdiqləyib. Martın 19-dan 30-a kimi davam edəcək yarış təşkilatçılar Halepə “wild card” təqdim ediblər.