Ramosdan xəbər var

Ramosdan xəbər var

 

37 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramos gələn mövsüm də "Sevilya"nın formasını geyinəcək. Bu barədə “Todofichajes” portalının jurnalistləri məlumat yayıblar. Jurnalistlərin məlumatına görə, Əndəlus klubunun rəhbərliyi futbolçu ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. Qeyd edək ki, Ramos ötən ilin payızında "Sevilya"ya qayıdaraq, bir illik müqavilə imzalayıb. O, bu mövsüm 17 oyunda iki qol vurub, beş sarı vərəqə alıb və bir dəfə meydandan uzaqlaşdırılıb.