"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı

"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı

Martın 10-da Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub.

Turnirin ikinci günündə 11 ölkənin 55 idmançısı vertikal yürüş üzrə yüksək nəticə uğrunda mübarizə aparıb.

Bu növ üzrə U-18 yaş qrupu üzrə yarışda Almaniya təmsilçiləri birinci olublar. Qızlar arasında Yelena Eurenger, oğlanların yarışında isə Morits Bauregger fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İyirmi yaşadək (U-20) oğlanlar arasında almaniyalı David Jost qalib olub. 23 yaşadək qızlar arasında Slovakiya təmsilçisi Nikola Matkova birinci yeri tutub. Bu yaş qrupunda çıxış edən Azərbaycan idmançısı Nəzrin Qəribova isə üçüncü yeri tutub.
U-23 oğlanlar arasında isə slovakiyalı Yakub Siarnik qızıl medala layiq görülüb.

Yarışın ikinci gününün qalibləri Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.

 

Yarışın ikinci gününün nəticələri:

U-18
Qızlar arasında

I yer – Yelena Eurenger (Almaniya)
II yer – Eva Sophie (Austriya)
III yer – Ekin Aydoğdu (Türkiyə)

 

Oğlanlar arasında
I yer – Morits Bauregger (Almaniya)
II yer – Adria İsal Garcia (Andora)
III yer – Simon Widmoser (Austriya)

 

U-20
Oğlanlar arasında

I yer – David Jost (Almaniya)
II yer –Emirhan Kars (Türkiyə)
III yer – Methsy Nogueras (Fransa)

 

U-23
Qızlar arasında

I yer – Nikola Matkova (Slavakia)
II yer – Marzieh Beha (İran)
III yer – Nəzrin Qəribova (Azərbaycan )

 

U-23
Oğlanlar arasında

I yer –Yakub Siarnik (Slavakiya)
II yer – Nikola Kalistrin (Bolqariya)
III yer – Andreas Mayer(Avstriya)

"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışı yekunlaşdı