Məşhur idman psixoloqu Bakıda məşqçilər üçün seminar keçdi

Məşhur idman psixoloqu Bakıda məşqçilər üçün seminar keçdi

Bakıda məşqçilər üçün “İdman psixologiyası" mövzusunda seminar təşkil olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünya şöhrətli məşhur idman psixoloqu, professor Matej Tuşakın iştiakı ilə keçirilən seminara 70-dən çox məşqçi cəlb olunub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlim məşqçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.

Sonda təlim proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.