Sabah Yüksək Liqadan növbəti tura start veriləcək 

Sabah Yüksək Liqadan növbəti tura start veriləcək 

Martın 12-də qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlara start veriləcək. Yüksək Liqada XVII turun qarşılaşmaları iki gün davam edəcək. 

Martın 12-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” üz-üzə gələcəklər. Bu görüş saat 15:00-da start götürəcək. Ardınca “Azərreyl” və “Gəncə” qarşılaşması olacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Tura martın 13-də UNEC - “Abşeron” matçı ilə yekun vurulacaq. Qarşılaşma UNEC-in idman zalında təşkil olunacaq.