Çempionlar Liqası: Ev sahibləri üçün böyük sınaq

Çempionlar Liqası: Ev sahibləri üçün böyük sınaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək. Oyunlardan biri İngiltərədə, digəri isə İspaniyada təşkil olunacaq. London təmsilçisi “Arsenal” doğma meydanda Portuqaliyanın “Portu” klubunu qəbul edəcək. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk oyun “Portu”nun minimal hesablı qələbəsi qeydə alınmışdı -1:0.

Gecənin digə oyununda isə “Barselona” və “Napoli” klubları üz-üzə gələcək. Bu komandaların İtaliyadakı qarşıdurması 1:1 hesabı ilə başa çatmışdı.

Hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.