Mark-Andre ter Ştegen: "Yolumuz burada bitməli deyil"

Mark-Andre ter Ştegen: "Yolumuz burada bitməli deyil"

 

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" ilə cavab oyunundan əvvəl mətbuat konfransında danışıb. ""Napoli" son həftələrdə əvvəlki kimi inadkarlıq nümayiş etdirir. Yolumuz burada bitməli deyil. Bunun üçün rəqibi mübarizədən kənarlaşdırmaq lazımdır. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Öz səhvlərimiz üzündən 2015-ci ildən bəri Çempionlar Liqasının finalına çıxa bilməmişik. Oyunu səbirsizliklə gözləyirik”, - UEFA-nın rəsmi saytı almaniyalı qapıçıdan sitat gətirib.