Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar 

Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar 

Martın 13-17-də Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə “Avropa Gənclər Seriyası” turniri keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda yığma komandamızın da üzvləri mübarizə aparacaqlar. Yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılov və Xəyalə Qiyasova isə turnirin oyunlarını idarə edəcəklər.