Avropa Liqası: "Bayer" - "Qarabağ" oyunu məşhur ingiltərəli hakimə həvalə olundu

Avropa Liqası: "Bayer" - "Qarabağ" oyunu məşhur ingiltərəli hakimə həvalə olundu

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Bayer" (Almaniya) və "Qarabağ" (Azərbaycan) komandaları arasında cavab oyununun hakim təyinatı açıqlanıb. Oyun İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Entoni Teylor olacaq. Ona Qari Besuik və Adam Nann köməklik göstərəcək. 4-cü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.

Qeyd edək ki, martın 14-də keçiriləcək "Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi -2:2.