Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda

Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki iştirakçının adına aydınlıq gəlib. Bunlar İspaniyanın "Barselona" və İngiltərənin "Arsenal" klublarıdır. Katalonlar doğma azarkeşlər önündə İtaliyanın “Napoli” klubuna 3:1 hesabı ilə qalib gəlməklə bu hüquqa yiyələniblər. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk oyun isə 1:1 hesabı ilə yekunlaşmışdı. 

İngiltərənin “Arsenal” komandası isə ispanlardan fərqli olaraq növbəti mərhələ üçün daha çox çətinlik çəkib. Londonda "Portu"nu qəbul edən "topçular" ilk 90 dəqiqəni minimal hesablı qələbə (1:0) ilə başa vursa da bu hesab mərhələ adlamaq üçün kifayət etməyib. Buna səbəb ilk oyunda "Portu"nun 1:0 hesabı ilə qalib gəlməsi olub. Oyunun əlavə dəqiqələrində də tərəflərdən heç biri fərqlənmədiyinə görə, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:2) London təmsilçisi adını 1/4 finala yazdırıb. 

Xatırladaq ki, daha əvvəl İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda Çempionlar Liqası: "Barselona" və "Arsenal" 1/4 finalda