Bu gün Çempionlar Liqasında son iki 1/4 finalçının adına aydınlıq gələcək

Bu gün Çempionlar Liqasında son iki 1/4 finalçının adına aydınlıq gələcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanacaq son iki iştirakçının adına aydınlıq gələcək. Gecənin oyunlarından biri İspaniyada, digəri isə Almaniyada təşkil olunacaq. Madridin "Atletiko" klubu doğma meydandan İtaliyanın "İnter" klubunu qəbul edəcək. bu komandalar arasında İtaliyada keçirilən ilk oyunda milanlılar minimal hesabla qalib gəlmişdilər -1:0. 

Gecənin digər oyununda isə “Borussiya” komandası Dortmundda Niderlandın PSV komandası ilə üz-üzə gələcək. Bu komandaların Niderlandda keçirilən ilk oyununda qalib müəyyənləşməmişdi -1:1.  

Qeyd edək ki, buna qədər İspaniyanın “Real”, “Barselona”, İngiltərənin “Mançester Siti”, “Arsenal”, Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları 1/4 finala vəsiqə əldə ediblər.