Tələbələ arasında keçirilən dama yarışı başa çatdı 

Tələbələ arasında keçirilən dama yarışı başa çatdı 

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən respublika çempionatı davam edir. Çempionatın proqramına daxil olan dama (qız, oğlan) idman növü üzrə yarış AHİTA-nın şahmat-dama klubunda keçirilib. 14 komandanın iştirak etdiyi yarışda Milli Aviasiya Akademiyasının komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ikinci yeri tutub. Bakı Dövlət Universitetinin kollektivi isə üçüncü yerlə kifayətlənib.