Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında intellektual yarış keçirilib

Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında intellektual yarış keçirilib

2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında “Fibonaççi” intellektual yarışı təşkil edilib. Quba Olimpiya İdman Kompleksində keçirilən oyunun qaydaları açıqlandıqdan sonra yarışa start verilib. Yekun nəticələrə əsasən “Bizimkilər” komandası (AGİN və stolüstü tennis, voleybol, velosiped, şahmat, avarçəkmə federasiyalarının nümayəndələri) yarışın qalibi olub. “İdman qanunu” komandası (AGİN və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri) ikinci, “Döyüşçü” komandası isə (AMİNA, yelkən, həndbol, karate, bodibildinq, MMA və qrapplinq federasiyalarının nümayəndələri) üçüncü yeri tutub. Qalib komandalar yarışın xüsusi hədiyyələri ilə mükafatlandırılıblar.