Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi 

Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi 

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gəlib. Son iki cavab oyunundan sonra İspaniyanın Madrid “Atletkio”su və Almaniyanın Dortmund “Borussiyası” adını növbəti mərhələyə yazdırıb.

İspaniyada təşkil olunan oyunda İtaliyanın “İnter” klubunu qəbul edən “Atletiko” matçın əsas vaxtında 2:1 hesabı ilə qalib gəlib. Lakin milanlılar İtaliyada keçirilən birinci oyunda minimal hesabla (1:0) qələbə qazandığı üçün matçda əlavə vaxt oynanılıb. Əlavə olunmuş 30 dəqiqədə də qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:2) İspaniya təmsilçisi “İnter”in 13 oyunluq məğlubiyyətsizlik seriyasını qıraraq 1/4 finala yüksəlib.

Gecənin digər oyununda isə “Borussiya” klubu doğma meydanda Niderland təmsilçisi PSV-ni 2:0 hesabı ilə məğlub edərək yoluna davam edib. Bu komandalar arasında ilk oyunda 1:1 hesabı qeydə alınmışdı.

Beləliklə, İspaniyanın “Atletiko”, “Real”, “Barselona”, İngiltərənin “Mançester Siti”, “Arsenal”, Almaniyanın “Bavariya”, “Borussiya”, Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi  Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi