"Barselona" peşman olub

"Barselona" peşman olub

İspaniyanın "Barselona" klubu son vaxtlar yaxşı nəticələr göstərir. Komanda "Napoli"ni ümumi hesabda (1:1, 3:1) məğlub edərək, UEFA Çempionlar Liqasının 1/4 finalına yüksələ bilib. "Todofichajes"in sözlərinə görə, Xoan Laporta komandanın baş məşqçisi Xavi Hernandes ilə görüş keçirib, ona işini davam etdirməyi təklif edib. Məlumdur ki, məşqçi cari mövsümün sonunda "Barselona"dan ayrılacağını bildirib. Xavi yekun cavabı mövsümün sonunda verəcək.

Qeyd edək ki, İspaniya La Liqasında "Barselona" lider "Real"dan 8 xal geri qalaraq, üçüncü pillədə qərarlaşıb.